Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

Tarix: 4 Fevral 2024 14:44

İraqın şimalında "Hakurk" və "Pəncə-Kilid" əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib", - məlumatda diqqətə çatdırılıb.

Milli.Az


Etiketlər:  İraqın şimalında terrorçu zərərsizləşdirildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ