Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Balakənlilər seçkini böyük sevinc və həyəcanla gözləyirlər”

“Balakənlilər seçkini böyük sevinc və həyəcanla gözləyirlər”

Tarix: 4 Fevral 2024 16:38

"Balakənlilər fevralın 7-də keçiriləcək seçkiləri böyük sevinc və həyəcanla gözləyirlər. Dairəmiz üzrə 44 seçki məntəqəsinin hamısında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün zəruri hazırlıq işləri yekunlaşıb". 

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 110 saylı Balakən dairə seçki komissiyasının (DSK) sədri Vahid Əliyev bildirib.

O məlumat verib ki, məntəqələrin təchizat və təminat məsələləri tələblərə uyğun həll edilib: "Məntəqələrin 8-də veb-kameralar quraşdırılıb. Seçki Məcəlləsinin 96-cı maddəsinin tələbinə uyğun olaraq bülletenlərin seçki məntəqələrinə paylanılması təmin edilib. Yaşlı və sağlamlıq imkanları məhdud şəxslər üçün isə daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq".

V.Əliyev həmçinin vurğulayıb ki, dairə üzrə qeydiyyatda olan 48 min 990 seçicidən 1 705-i prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək: "Yaşı yüzdən yuxarı olan seçicimizin sayı isə 2-dir. Onlar 9 saylı seçki məntəqəsində qeydiyyatda olan, 1922-ci ildə anadan olmuş Xəlilova Pətimat Əli qızı və 3 saylı məntəqənin seçicisi 1924-cü il təvəllüdlü İbrahimova Fatma Abdurəhman qızıdır".

Milli.Az


Etiketlər:  Balakənlilər seçkini böyük sevinc həyəcanla gözləyirlər


RƏYLƏR