Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda inəkləri kəsdilər, ara qarışdı

Hindistanda inəkləri kəsdilər, ara qarışdı

Tarix: 4 Fevral 2024 17:08

Hindistanda inəkləri kəsən və bunda müsəlmanları günahlandıran radikal millətçi qrupun üzvləri yaxalanıb. Hadisə yerində bir müsəlmanın fotosunun tapıldığı, amma bunun sui-qəsd olduğu üzə çıxıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, polis Uttar Pradeş ştatında milli-dini azlıqlara qarşı hücumları ilə tanınan millətçi qruplaşmanın lideri Bacranq Dal da daxil olmaqla 4 nəfəri saxlayıb.

Polis sözügedən şəxslərin inək kəsməkdə və bunda müsəlmanları günahlandırmaqda ittiham edildiklərini açıqlayıb.

Baş müfəttiş Əmrac Mina hadisə yerində Mahmud adlı müsəlmanın fotosunun tapıldığını, amma bunun bir sui-qəsd olduğunun anlaşıldığını deyib.

İnək başları 16-28 yanvar tarixlərində hindli zəvvarların Haridvar məbədinə getmək üçün istifadə etdikləri Kanvar yolunda tapılıb.

Baş verənlər bölgədə etirazlara səbəb olub.

Hindistanda inəklər müqəddəs hesab edilir. Hindlilər tanrı kimi inandıqları inəkləri kəsmirlər.

Milli.Az


Etiketlər:  Hindistanda inəkləri kəsdilər ara qarışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ