Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qadın dedi ki, "ərimdən əl çək, bizim 4 yaşlı uşağımız var" " - VİDEO

Tarix: 4 Fevral 2024 18:00

"Rəsmi olaraq 2 dəfə nikaha girmişəm. Qeyri-rəsmi isə bir dəfə nişanlı olmuşam. Yəni evliliyə gəlib çıxmayıb. Qızım Bənövşənin atası ilə 5 il ailəli olmuşam. Gələn il Bənövşənin 30 yaşı olacaq. Beş ildən sonra mən ayrılmışam. Sonra 5 il fasilədən sonra yenidən ailə qurmuşam. O şəxsdən övladım olmayıb. Onunla da ayrılmışam. Atalar 3 dəfədən deyib..."

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.

Sənətçi bildirib ki, həyat yoldaşı ona rəfiqəsinin dayısı qızı ilə xəyanət edib və bu münasibətdən övladı dünyaya gəlib. Məhz bu səbəbdən də Zərgərli ərindən boşanıb:

"Həyat yoldaşım mənimlə evli ola-ola yaxın rəfiqəmlə yox, sadəcə tanıdığım bir xanımın dayısının qızı ilə 4 il eşq yaşayıb. Belə deyim, "Qeyri rəsmi yaşanmış və övlad dünyaya gəlmiş. Övladın da artıq 4 yaşı var imiş". Bu məsələni isə təsadüfən öyrəndim. Bu məsələnin üstü açılanda, həyat yoldaşımın əşyaları çamodanlarda onu qapının önündə gözləyirdi. 

Günlərin bir günü mənə bağlı (gizli) nömrədən zəng gəldi. Qadın dedi ki, "ərimdən əl çək (gülür), ondan artıq 4 yaşında övladım var". Cavabında söylədim ki, mənim qonşunun əri ilə işim yoxdur, sən bir ərinin adını de, bizim də xəbərimiz olsun. Qarşı tərəfin sözlərindən belə çıxdı ki, ailə qanunla deyil, sevgi ilə sayılır. Yenə ona cavab olaraq söylədim ki, mən rəsmi olaraq evliyəm. Əgər ərimdən çox xoşun gəlirsə, onu verim apar. Heç bir problem yoxdur. 

Mən həyat yoldaşımı dəlicəsinə sevmişəm. Mən ona görə mübarizə aparmadım ki,... Əgər bir kişi 4 il başqa qadınla yaşayır və orada uşaq dünyaya gəlirsə, mənim sevməyim nə çarədir və ya onun sevməyi nə çarədir!?

Bu məsələnin üstü açılandan sonra həyat yoldaşımın izahatı belə oldu ki, "təsadüf bir münasibətdən qadın hamilə qaldı və məni şantaj etdi ki, "səni saytlarda biabır edəcəyəm ki, Roza Zərgərlinin ərindən uşağım var"". Mən də ona cavabında söylədim ki, kaş sən mənə bunu öncədən deyərdin. Mənə deyilsəydi, ən pis halda kənardan uşağa maddi vəsait göndəriləcəkdi, ən yaxşı halda isə uşağı özüm götürüb saxlayacaqdım. Halal ərimin uşağıdır da... 

Mən sevsəm belə ərimdən dörd ilin yalanına görə ayrıldım. Mən 3 ildir ki, tənhayam".

Milli.Az


Etiketlər:  Qadın dedi ki ərimdən əl çək bizim 4 yaşlı uşağımız var VİDEO


RƏYLƏR