Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 22:24
ABŞ Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün vəzifəsindən uzaqlaşdırılması ilə bağlı vəziyyətə müdaxilə etməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Açıq şəkildə bildirdik ki, bu xüsusi qərara müdaxilə etməyəcəyik. Bunu birbaşa Ukrayna tərəfinə bildirdik", - o bildirib.
Sallivan vurğulayıb ki, Vaşinqton kadr qərarlarını yalnız Ukrayna hakimiyyətinin məsuliyyəti hesab edir. O, həmçinin bunu Kiyev və Vladimir Zelenskinin suveren hüququ adlandırıb.
Qeyd edək ki, bundan öncə "Vaşinqton Post" Ukraynanın bu qərarla bağlı ABŞ-ı məlumatlandırdığı, ABŞ administrasiyasının isə bunu Zelenskinin suveren hüququ olduğunu bildirdiyi haqda məlumat yaymışdı.