Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 07:22
İstanbulda evlənmək üçün pul tapa bilmədiklərini deyən cütlük silahla hədə-qorxu gələrək zərgəri soymağa cəhd edib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, qonşudakı mağaza sahibləri tərəfindən zərərsizləşdirilən şübhəlilər polisə təhvil verilib.
Mağazanı soymağa cəhd edənlərdən birinin azərbaycanlı olduğu məlum olub. 22 yaşlı azərbaycanlı Öznur Hüseynova və 26 yaşlı sevgilisi Enes Erdoğan mağazanı soymağa cəhd edib. Enes E. yanındakı silahı mağazadakı işçiyə doğrultaraq qızılları oğurlamağa çalışıb. Ətrafdakı mağaza sahibləri vəziyyəti görüb mağazanın içərisinə daxil olduqdan sonra onları zərərsizləşdirilib.
Mağaza sahibi vəziyyəti polisə bildirdikdən sonra hadisə yerinə gələn polislər soyğunçuları polis bölməsinə aparıb. Cütlüyün polis qruplarına verdiyi ifadədə evlənmək üçün pul tapa bilmədiklərini, buna görə də zərgəri soymağa çalışdıqları öyrənilib.
Həbs edilən azərbaycanlı Öznur Hüseynovanın 2022-ci ildə motosiklet kuryeri işləyərkən keçirdiyi qəzadan sonra başına gələnləri televiziyada danışdığı da məlum olub.