Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güneydə təqaüdçülər etirazlara başladı

Güneydə təqaüdçülər etirazlara başladı

Tarix: 5 Fevral 2024 19:34

Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölmələrinin binaları qarşısında etiraz aksiyası keçiriblər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə nümayişçilər sosial media kanallarında paylaşım ediblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.


Etiketlər:  Güneydə təqaüdçülər etirazlara başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ