Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”nın baş məşqçisi o olacaq?

“Barselona”nın baş məşqçisi o olacaq?

Tarix: 5 Fevral 2024 19:42

Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik İspaniyanın "Barselona" klubuna rəhbərlik edə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, 58 yaşlı mütəxəssis artıq ispan dilini öyrənməyə başlayıb. O, kataloniyalıların "sükanı arxasına" keçmək variantını müsbət qarşılayıb. Lakin tərəflər hələlik şifahi danışıqla kifayətləniblər. Flik sonuncu dəfə 2021-2023-cü illərdə Almaniya yığmasını çalışdırıb.

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Milli.Az


Etiketlər:  Barselonanın baş məşqçisi o olacaq


RƏYLƏR