Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azər Bağırov: "Qol epizodu yaradırıq, amma reallaşdıra bilmirik"

Azər Bağırov:

Tarix: 5 Fevral 2024 21:50

"Rəqibi təbrik edirik. Bugünkü oyun göstərdi ki, böyük ölçüdə dəyişikliklər etmədikdə həm kubok, həm də çempionat matçında mübarizə aparmaq çətin olur. Çünki 4 gün əvvəl oynadıq, ardınca bu gün meydana çıxdıq. Belədə uşaqlar həm performansını, həm də oyunlarını itirirlər". 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 21-ci turunda "Kəpəz"ə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ümumilikdə oyunla bağlı çox şey danışmaq istəmirəm. İki standart vəziyyətdən qol buraxdıq, özümüz isə epizodlarımızı qola çevirə bilmədik. Heyfslənirik ki, bu qədər qol epizodu yaradırıq, amma reallaşdıra bilmirik. Əsas problem budur.

İlk 20 dəqiqə istisna olmaqla yorğunluq nəticəsində mövsümdə ən zəif oyunumuzu keçirdik" - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Azər Bağırov Qol epizodu yaradırıq amma reallaşdıra bilmirik


RƏYLƏR