Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira doğum gününü belə qeyd etdi - FOTO

Şakira doğum gününü belə qeyd etdi - FOTO

Tarix: 6 Fevral 2024 07:35

Dünya pop müsiqisinin əvəzolunmaz ulduzlarından olan Şakira bu gün özünə təmtəraqlı doğum günü məclisi keçirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 47 yaşına qədəm qoyan kolumbiyalı sənətçi özəl gününə dostlarını başına toplayıb.

Şakira dəmdəskahlı ad günü gecəsindən qonaqları ilə birgə çəkilən xatirə fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, son iki il Şakira üçün heç də asan və uğurlu olmayıb. Belə ki, müğənninin ailəsi dağılıb və o külli miqdarda vergi borcları ilə həbs qorxusu yaşayıb. Şakira dünyaca məşhur futbolçu Jerar Pike ilə 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıb. Ayrıldıqdan sonra Şakira oğulları Saşa və Milanla birlikdə Mayamiyə köçüb.  

Milli.Az


Etiketlər:  Şakira doğum gününü belə qeyd etdi FOTO


RƏYLƏR