Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 11:40
"Qalatasaray" heyətinu sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2 seçim qarşısında qalıb. "Sarı-qırmızılar" "Hannover"dən Derrik Köhn və "Qarabağ"dan Toral Bayramov ikilisindən birini transfer etmək istəyir.
"Qalatasaray"ın futbol direktoru Cenk Ergün Toralın oyununu canlı izləyib və klubuna müsbət rəy verib.
Türkiyə mətbuatına görə Okan Buruk da Toralın transferini istəyir. Hər iki cinahda oynaya bilməsi azərbaycanlının bu transferdə üstünlüyüdür.