Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şərt qoydu ki, Səkinə İsmayılova kimi geyinəcəksən''

''Şərt qoydu ki, Səkinə İsmayılova kimi geyinəcəksən''

Tarix: 6 Fevral 2024 12:15

"Məktəbdə oxuduğum illərdə musiqi müəlliməm Səidə xanım mahnıların birini oxuduğum zaman dedi ki, çox gözəl səsin var, sən məktəbdə keçirilən konsert zallarında çıxış edə bilərsən. Müəllimlər məni hər zaman ön sıralarda otuzdururdular. Deyirdilər ki, sənə baxanda ürəyimiz açılır, gəl, ön cərgədə otur".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova həmkarı Rəşad İlyasovun "Danışır musiqi" proqramında deyib. İfaçı sənət yolundan danışıb. O bildirib ki, anası müğənni olmasına etiraz edib:

"Anam isə məni gəşəng geyindirirdi. Günlərin bir günü anama söylədim ki, müğənni olmaq istəyirəm. Hamının valideyni kimi mənim də anam söylədi ki, evdə müğənnimiz əskik idi. Anam müğənni olmağıma qətiyyən razı deyildi. Ərköyün qız idim, buna görə də gizlincə bayram tədbirlərində oxumağa başladım. Müəllimlərdən biri anam iclasa gələndə deyib ki, Nigar Novruz bayramı tədbirində oxudu. Çox gözəl ifa etdi və yaxşı istedadı var. Beləcə, bu məsələ gedib anamın qulağına çatdı. Anamın gözündən qaçmağa çalışsam da, evdə məni cəzalandırdılar. Hər bir ailənin böyüyü olduğu kimi mən də babama şikayət etdim ki, anam mənim oxumağıma icazə vermir. O da söylədi ki, bir şərtlə sənə icazə verərik: Sən Səkinə İsmayılova kimi qolu uzun geyinəcəksən, ədəb və ərkanla, əlində qavalla xanəndə olacaqsan".

Nigar əlavə edib ki, əvvəllər muğam oxumaq niyyəti olmayıb:

"Heç muğam oxumağı istəmirdim. Amma yaxşı ki, muğam oxumuşam və böyüklərin sözünü dinləmişəm. Sonradan valideynlərim məni Xalq artisti Siyavuş Kərimlinin yanına gətirdilər. O söylədi ki, Nigar çox istədadlıdır və ondan çox gözəl müğənni olacaq.

Bir müddətdən sonra Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada dəyərli ustadım Qəzənfər Abbasov müəllimim oldu. O çox hökmlü bir insandır. Qəzənfər Abbasov muğamı mənə sevdirdi. Mən çox istəyirdim ki, estrada ifaçısı olum. Amma yaxşı ki, xanəndə oldum. Az yaşım olanda yalnız rus mahnılarını ifa edirdim. Qanım da ora çəkir".


Etiketlər:  Şərt qoydu Səkinə İsmayılova kimi geyinəcəksən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ