Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 20:38
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Güngören ilçəsində nişanlısı ilə restorana gedən musiqiçi Umut Emre Aytekin ilə iki nəfər arasında mübahisə düşüb. Hadisə şəhərin baş verib. İki nəfərin hücumuna məruz qalan 36 yaşlı Aytekin başından aldığı zərbələr nəticəsində ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hadisə ilə bağlı araşdırma başlatan Güngören İlçe Təhlükəsizlik Müdirliyi 2 şübhəlini nəzarətə götürüb.
22 yaşlı Ceyhun və 23 yaşlı Hayrettinin də musiqiçi olduğu ortaya çıxıb. Cinayətkarlar məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.
Məlum olub ki, sərxoş olduğu iddia edilən cinayətkarlarla Aytekin arasında dava "niyə yan baxdın" sualından sonra başlayıb.
Qeyd edək ki, gənc musiqiçi dünən dəfn edilib.