Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əl-Hilal" Salah üçün hərəkətə keçdi

Tarix: 6 Fevral 2024 21:26

"Əl-Hilal" "Liverpul"un futbolçusu Məhəmməd Salahı transfer etməyi hədəfləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Səudiyyə Ərəbistanı təmsilçisi artıq mersisaydlılarla danışıqlara başlayıb. Klub 31 yaşlı hücumçuya görə 150 milyon avro təklif edib. 

Salah da "Liverpul"dan ayrılmağa müsbət yanaşır. Buna səbəb baş məşqçi Yurgen Kloppun mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamasıdır. 

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Əl Hilal Salah üçün hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ