Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2024 07:50
Ukrayna-Rusiya müharibəsinin ilk günündən indiyə kimi 10 min 382 nəfər mülki vətəndaş ölüb, 19 min 659 nəfər isə yaralanıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo deyib.
O, bu barədə Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı danışıb:
Onun sözlərinə görə, Ukraynada 2023-cü il ərzində azalmağa meyilli olan mülki itkilər dekabr ayından artmağa başlayıb.