Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eldar Qasımovdan Xalq artisti ilə bağlı paylaşım - FOTOlar

Eldar Qasımovdan Xalq artisti ilə bağlı paylaşım - FOTOlar

Tarix: 7 Fevral 2024 09:55

"Avroviziya 2011" qalibi Eldar Qasımov nənəsi, mərhum Xalq artisti Firəngiz Şərifova ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni arxiv fotolarını "Instagram" hesabında izləyiciləri ilə bölüşərək nənəsinin 100 illiyinin qeyd olduğunu bildirib:

"Firəngiz Şərifova - 100 il. Nənə, gözəl uşaqlığımız üçün, hər şey üçün çox sağ ol".

Qeyd edək ki, Firəngiz Şərifova 2014-cü ildə dünyasını dəyişib. O, teatr və kino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadənin qızıdır.

Milli.Az


Etiketlər:  Eldar Qasımovdan Xalq artisti ilə bağlı paylaşım FOTOlar


RƏYLƏR