Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailli nazir oğlunun Bayden haqqındakı paylaşımına görə üzr istədi

İsrailli nazir oğlunun Bayden haqqındakı paylaşımına görə üzr istədi

Tarix: 7 Fevral 2024 13:36

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oğlunun sosial şəbəkədəki paylaşımına görə üzr istəyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qalmaqallı paylaşımda ABŞ Prezidenti Co Baydenin Altsheymer xəstəliyinə tutulmasına eyham vurulub. 

18 yaşlı Şuvael Ben-Qvir degenerativ beyin xəstəliyi olan Altsheymer xəstəliyi haqqında məlumatlılığın artırılmasının vacibliyi haqqında yazıb. O qeyd edib ki, bu xəstəlik qocalıqda idraki zəifləmə və demensiyanın ən çox yayılmış səbəbidir. Gənc oğlan Baydenin portretini posta əlavə edib. 

"Şuvael, oğlum öz işində ciddi səhvə yol verib, mən bunu qəti şəkildə qəbul etmirəm", - nazir vəziyyəti şərh edib. 

O qeyd edib ki, ABŞ İsrailin "böyük müttəfiqi"dir. 


Etiketlər:  İsrailli nazir oğlunun Bayden haqqındakı paylaşımına görə üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ