Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kot-d'İvuar və Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar

Kot-d'İvuar və Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar

Tarix: 8 Fevral 2024 08:30

Kot-d'İvuarın futbol yığması Afrika Millətlər Kubokunun yarımfinal matçında Konqo Demokratik Respublikası komandasını 1:0 hesabı ilə məğlub edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, turnir Kot-d'İvuarda keçirilir.

Qarşılaşmadakı yeganə qolu 65-ci dəqiqədə hücumçu Sebastyan Aller vurub.

Finalda Kot-d'İvuar komandası digər yarımfinal matçında Cənubi Afrika Respublikasını məğlub etmiş Nigeriya komandası ilə qarşılaşacaq. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb, penaltilər seriyasında nigeriyalılar 4:2 hesabı ilə qalib gəlib.

Yarımfinalda məğlub olanlar fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Final bir gün sonra baş tutacaq.

Afrika Kuboku əvvəlcə 2023-cü ildə keçirilməli idi, lakin hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.

Milli.Az


Etiketlər:  dİvuar Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar


RƏYLƏR