Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2024 13:30
2023-cü ilin yanvar-dekabr aylarında Niderlanddan Türkiyə limanlarına 6 milyon 312 min 435 ton yük daşınıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Niderlanddan limanlara 33 min 66 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 5 milyon 962 min 75 ton yük çatdırıb.
Bu müddət ərzində Niderland bayraqlı gəmilərlə Türkiyə limanlarına 270 min 637 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Niderlanddan 691 min 994 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton tranzit yük daşınıb.
2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.
Bu dövr ərzində Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.
"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub", - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.
Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.
Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.