Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2024 14:32
Türkiyənin İstanbul şəhərində məhkəmə binasında törədilən terror aktı ilə bağlı istintaq davam edir. Hücumla əlaqədar müəyyən edilərək saxlanılanların sayı 93-ə yüksəlib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, DHKP-C-li iki terrorçunun ölü olaraq ələ keçirildiyi hücumdan sonra terrorçularla təmasda olan şəxslərlə bağlı istintaq başladılıb.
Göstərilən ünvanlarda keçirilən əməliyyatlar zamanı 93 şübhəli saxlanılıb.
Şübhəlilər sağlamlıqları yoxlanılaraq yenidən Polis İdarəsinə aparılıblar. Şübhəlilər barəsində məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə məhkəmə binasına hücum cəhdi olub. Hadisə nəticəsində iki terrorçu ölü ələ keçirilib, üçü polis olmaqla beş nəfər yaralanıb.