Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan İsrailə xəbərdarlıq: Fəlakət ola bilər

ABŞ-dan İsrailə xəbərdarlıq: Fəlakət ola bilər

Tarix: 9 Fevral 2024 07:10

İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb:

"İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik".


Etiketlər:  ABŞ İsrailə xəbərdarlıq Fəlakət bilər


RƏYLƏR