Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oleq Storçevoy İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Oleq Storçevoy İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 9 Fevral 2024 12:42

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən birinə çevrilib.

İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım".


Etiketlər:  Oleq Storçevoy İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ