Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2024 21:44
Ekvadorun Quayas əyalətinin Naranjal şəhərində bələdiyyə məclisinin üzvü Diana Karnero bələdiyyə iclasını tərk etdikdən sonra şəhərdəki pis yol şəraiti ilə bağlı video çəkərkən motosikletlə ona yaxınlaşan iki nəfərin onu başından vurması nəticəsində ölüb.
Sonxeber.net Baku.vs-yə istinadən xəbər verir ki, hücum edənlərin tutulması üçün araşdırmalara başlanılıb.
Ekvadorlu məclis üzvü Diana Karneronun öldürülməsindən sonra Guayaquil bələdiyyə sədrinin müavini Blanca Lopez sosial mediada hisslərini paylaşaraq,
"Bu bitməlidir, əyalətlərimiz və ölkəmiz üçün daha yaxşı günlər istəmək həyatımızı riskə atmaq demək deyil" - deyib.
Qeyd edək ki, siyasətçilərin qətlinin tez-tez baş verdiyi ölkədə 50 yaşlı Şura üzvü Çarbel Ruhana 24 oktyabr 2023-cü ildə öz evində güllələnərək öldürülüb. Duran şəhərində Bolivar Vera sentyabr ayında müəmmalı şəkildə yoxa çıxdıqdan bir gün sonra ölü tapıldı.
Avqust ayında prezidentliyə namizəd Fernando Villavisensio Quitoda seçki kampaniyası zamanı gözlənilmədən öldü. Manta şəhərinin meri Aqustin İntriaqo iyul ayında iş başında olarkən vurularaq öldürülüb.