Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya PA rəhbərinin müavini İlham Əliyevi təbrik etdi

Rusiya PA rəhbərinin müavini İlham Əliyevi təbrik etdi

Tarix: 10 Fevral 2024 16:57

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm".

Milli.Az


Etiketlər:  Rusiya PA rəhbərinin müavini İlham Əliyevi təbrik etdi


RƏYLƏR