Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 00:30
Ermənistanın hökumətyönlü Teleqram kanallarından Rusiya Xarici İşlər Nazirliyinin məmurlarına qarşı tamamilə yolverilməz sayılacaq ictimai təhqir axını davam edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib.
"Nasist əməkdaşı Qaregin Njdenin pərəstişkarları çoxdan ədəb-ərkan sərhədini keçiblər. Söhbət təkcə Rusiya xarici siyasət idarəsini nüfuzdan salmaqdan yox, həm də Rusiya Federasiyasını bir dövlət kimi təhqir etməkdən gedir.
Xüsusilə şəxsiyyətini müəyyən edən məlumatlar olan fiqurlara qarşı Rusiya hüquq-mühafizə orqanlarının müvafiq cinayət işləri başlaması zəruridir", - o bildirib.