Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 14:36
PSJ müqavilə ilə "İnter"ə məxsus olan futbolçusu Mauro İkardini birdəfəlik almaq istəyir.
Qol.az-ın "Gazetta dello Sport"a istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi argentinalı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı düşünür. Klub nümayəndələrinin artıq 26 yaşlı futbolçunun agenti və xanımı Vanday Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.
PSJ yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyi planlaşdırır. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, İkardi bu mövsüm 10 matçda 9 qol vurub, 1 qolun ötürməsini verinb.