Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 00:18
Azərbaycan karateçiləri Tiflisdə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "European Cadet, Junior&21 Karate Championship" yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.
Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.
Daha iki idmançımız - Osman Osmanli (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medalla sahib olublar.
İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.
Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin də kateqoriyaları artırılıb.