Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın açıqlaması bizi riskə məruz qoyur - NATO

Trampın açıqlaması bizi riskə məruz qoyur - NATO

Tarix: 12 Fevral 2024 07:02

ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur", - baş katib bildirib.

Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.


Etiketlər:  Trampın açıqlaması bizi riskə məruz qoyur NATO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ