Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Viktor Sadovniçi İlham Əliyevi təbrik edib

Viktor Sadovniçi İlham Əliyevi təbrik edib

Tarix: 12 Fevral 2024 12:21

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz öz yorulmaz əməyiniz və tam fədakarlığınızla belə yüksək vəzifəyə ən layiqli namizəd olduğunuzu növbəti dəfə sübut etdiniz. Yüksək peşəkarlığınız, müstəsna şəxsi və işgüzar keyfiyyətləriniz Sizi hədəfi aydın şəkildə görən və nəzərəçarpacaq nəticələrə müvəffəq olan müdrik və qətiyyətli rəhbər kimi xarakterizə edir. Biz uzunəsrlik tarixə və möhkəm ənənələrə malik gözəl diyarın getdikcə gözümüz önündə çiçəklənən və sabit, hər bir insanın öz arzularına çata və öz xoşbəxtliyini tapa biləcəyi dövlətə necə çevrildiyini görürük.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bizim əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə minnətdarlıq edirəm. Moskva Universitetinin Bakı şəhərindəki filialı uzun illər fəaliyyəti boyunca elm və təhsilin inkişafına uğurla xidmət edir və dövlətlərimizin səmərəli əməkdaşlığını möhkəmləndirir.

Möhtərəm İlham Heydər oğlu, bu gün mən Sizin ünvanınıza səsləndirilən bütün səmimi sözlərə böyük məmnuniyyətlə qoşulur, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni maraqlı layihələr və düşündüyünüz bütün planlarınızın həyata keçməsini arzulayıram".

Milli.Az


Etiketlər:  Viktor Sadovniçi İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ