Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvanın və bütün Rusiyanın patriarxı İlham Əliyevi təbrik edib

Moskvanın və bütün Rusiyanın patriarxı İlham Əliyevi təbrik edib

Tarix: 12 Fevral 2024 13:45

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin Sizə səs verməsi onu göstərir ki, insanlar Sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər.

Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram".

Milli.Az


Etiketlər:  Moskvanın bütün Rusiyanın patriarxı İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ