Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Con Kirbiyə Ağ Evdə yüksək vəzifə verilir

Con Kirbiyə Ağ Evdə yüksək vəzifə verilir

Tarix: 12 Fevral 2024 14:14

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ Prezidentinin köməkçisi vəzifəsinə yüksələcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Assoşeyted Press" məlumat yayıb.

"Kirbi Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin ediləcək və Amerikanın müxtəlif departamentləri arasında məlumat mübadiləsinə nəzarət edəcək. Onlar MTX-dən ayrı fəaliyyət göstərəcəklər. Bundan əlavə, Kirbi ABŞ Prezidentinin köməkçisinin müavini vəzifəsindən köməkçisi vəzifəsinə yüksələcək. Yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək", - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Con Kirbiyə Evdə yüksək vəzifə verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ