Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya britaniyalı onlara sanksiya tətbiq etdi

Rusiya britaniyalı onlara sanksiya tətbiq etdi

Tarix: 12 Fevral 2024 19:40

Rusiyanın Xarici İşlər Nazirliyi yüksəkvəzifəli britaniyalı hərbçi, məmur və bir neçə universitetin əməkdaşlarına sanksiya tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Sanksiya sıyahısına ümumilikdə 18 nəfər daxil edilib və onların Rusiyaya girişinə qadağa qoyulub. 

Sözügedən şəxslər arasında Britaniyanın müdafiə nazirinin müavini Ceyms Kartlic, Sualtı qüvvələrin komandanı Saymon Askvit, Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Sara Makintoş da var. 

Rusiya XİN-in məlumatına görə, həmin vəzifəli şəxslərə "Londonun qarşıdurma kursu"na cavab olaraq sanksiya tətbiq edilib.

Milli.Az


Etiketlər:  Rusiya britaniyalı onlara sanksiya tətbiq etdi


RƏYLƏR