Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 20:02
Afinanın dənizkənarı Qlifada rayonunda "European Navigation" gəmiçilik şirkətinə məxsus ofisə silahlı şəxs daxil olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib.
Məlumatda silahlı hücumu törədən şəxsin vaxtilə həmin şirkətin əməkdaşı olduğu və yaxın günlərdə işdən azad edildiyi qeyd olunub.
Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.