Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 16:12
Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.
Diplomat Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.
Səfir keçən aylar ərzində Azərbaycan-ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqların, əlaqələrdə gərginliyin olduğunu və Azərbaycan tərəfindən tənqidlər səsləndiyini qeyd edib: "Biz Azərbaycanı hər zaman müstəqil, güclü, heç bir qonşusunun təzyiqinə məruz qalmayan və qonşuları ilə sülh şəraitində yaşayan ölkə kimi görmək istəyirik. Bu, həm ABŞ-nin, həm də Azərbaycanın marağındadır".
Diplomat əlavə edib ki, onun gündəliyi müsbətdir: "Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm".