Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 10:18
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın oğlu İshaq Qalibafın Kanadaya viza almaq üçün cəhdləri nəhayət gerçəkləşib.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, onun miqrasiya səyləri 2019-cu ildən davam edir və Kanada hökumətinin yüksək təhlükəsizlik yoxlamaları səbəbindən uzun müddət çəkib. İndi isə İshaq Qalibafın şikayətindən sonra məhkəmə onun xeyrinə qərar çıxarıb.