Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moutinyo: “Heç-heçəyə də layiq deyildik”

Moutinyo: “Heç-heçəyə də layiq deyildik”

Tarix: 16 Fevral 2024 11:28

"Qələbə demirəm, heç-heçəyə də layiq deyildik. Sözlə deyil, işimizlə özümü göstərməliyik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"a məğlubiyyətdən sonra "Braqa"nın yarımmüdafiəçisi Joao Moutinyo deyib.

Avropa Liqasının pley-offundakı ilk matçı 2:4 hesabı ilə uduzan komandanın futbolçusu cavab matçında işlərinin çətin olacağını bildirib: "Hesab 4:1 olarkən işimiz daha çətin idi. İkinci qol az da olsa, ümid yeri saxlaya bilər. Geridönüş etmək üçün bugünki oyundan daha çoxunu etməliyik. Bu "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq üçün çox fərqli çıxış etmək lazımdır".

Qeyd edək ki, Moutinyo son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək komandasını ağır məğlubiyyətdən xilas edib.

Milli.Az


Etiketlər:  Moutinyo Heç heçəyə layiq deyildik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ