Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” avrokuboklarda 200-cü qolu vurub - TƏHLİL

“Qarabağ” avrokuboklarda 200-cü qolu vurub - TƏHLİL

Tarix: 16 Fevral 2024 15:24

"Qarabağ" avrokuboklarda 200-cü qolu vurub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubunun yubileyi Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib.

Premyer Liqanın çempionu "Braqa" ilə görüşdə yubiley qeyd edib. "Qarabağ" Avropada ən çox qol vuran Azərbaycan klubudur.

Juninyodan tarixi qol

Təmsilçimizin hesabında "Braqa" ilə Portuqaliyada baş tutan ilk görüşə qədər hesabında 197 qol var idi. 4:2 hesabı ilə qalib gələn "Qarabağ" bu rəqəmi artıq 201-ə çatdırıb.
Yubiley xarakteri daşıyan top isə komandanın matçdakı 3-cü qolu olub. Buna Olavio Juninyo imza atıb. Premyer Liqanın bombardiri 65-ci dəqiqədə portuqaliyalıları məyus edib.

"200"ə doğru 28 il

"Qarabağ"a 200 qol səddinə çatmaq üçün 28 il lazım olub. Ağdam klubu avrokuboklardakı ilk qolunu 1996-cı ildə vurub.

Qitə arenasındakı debütdə təmsilçimiz Kuboklar kubokunda oynayıb. Finlandiyanın "MüPa 47" klubuna Bakıda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi ilk qolunu səfərdə vurub. Rəqib meydanındakı qarşılaşmada (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev fərqlənib. 1996-cı il avqustun 22-dəki həmin qol klub tarixində 1-ci, Juninyonun topu isə 200-cü kimi düşüb.

1,16-lıq məhsuldarlıq
"Qarabağ" avrokuboklardakı 200-cü qolunu 173-cü matçında vurub. Hesabında 201 top olan ağdamlıların orta məhsuldarlığı 1,16-ya bərabərdir.

Avropada 1996/97 mövsümündə debüt edən klub bu qolları 5 müxtəlif turnirdə vurub. Avropa Liqasında (əvvəl UEFA kuboku) 112, Çempionlar Liqasında 67, Konfrans Liqasında 19, İntertoto kubokunda 2, Kuboklar kubokunda 1 qol qeydə alınıb.


Etiketlər:  Qarabağ avrokuboklarda qolu vurub TƏHLİL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ