Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Əsədov: “Braqa” şokda idi, ardını Bakıda gətirmək lazımdır”

Arif Əsədov: “Braqa” şokda idi, ardını Bakıda gətirmək lazımdır”

Tarix: 16 Fevral 2024 17:02

"Qarabağ" möhtəşəm oyun sərgilədi".

Bunu  İdman.Biz-ə Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Braqa"ya 4:2 hesabı ilə qalib gəldiyi oyunu dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, bu cür rəqibə qarşı səfərdə belə oynamaq Azərbaycan çempionunun gücündən və özünə inamından xəbər verir: "Demək olar ki, bütün komponentlərdə rəqibi üstələdi və sanki portuqaliyalılar şokda idi. Bütün bunlar gözəl olsa da, qarşıda bizi ikinci oyun gözləyir. Ona görə də arxayınlaşmaq olmaz, bunun davamını Bakıda gətirmək lazımdır. Ağdam təmsilçisi rəqibə demək olar ki, bütün oyunboyu pressinq tətbiq etdi. "Braqa"ya rahat oynamağa imkan vermədi. Əks-hücumlarla ortaya yüksək səviyyə qoydu və nəticədə yaxşı şans əldə etdi".

O, "Qarabağ"ın bir çoxlarının güclü və favorit hesab etdiyi "Braqa" üzərində qələbəsini təsadüf saymır: "Qurban Qurbanovun komandası bir daha sübut etdi ki, rəqibin adından və gücündən asılı olmayaraq, hətta onun öz meydanında yaxşı oynamağa qadirdir. Biz bunlara zamanla şahid olmuşuq. O baxımdan də qələbəni təsadüf kimi qiymətləndirmirəm. "Qarabağ"ın haqq etdiyi qalibiyyət kimi qələmə verərdim".

Əsədovun gözündən real qol şansını boşa verən "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin ağlaması da yayınmayıb: "Hələ gəncdir. Bu tipli oyunlarda yeni-yeni şans qazanaraq, meydana daxil olur. Təbii ki, bu da Qurban Qurbanovun uzaq görənliyidir ki, yavaş-yavaş gənc oyunçuları qazanmağa çalışır. Təbii ki, belə bir oyunda şans qazanıb, qola imza atmaq qürur hissi ola bilər. Ancaq vura bilərdi. Bu şanslar onda yenə də olacaq və bəlkə də 5-ci qol vurulsaydı, 3 top irəlidə olmaqla "Qarabağ" cütün taleyini 80 faiz həll edəcəkdi".

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Milli.Az


Etiketlər:  Arif Əsədov Braqa şokda idi ardını Bakıda gətirmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ