Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə Mərmərə dənizində gəmi batıb, 6 nəfər itkin düşdü

Türkiyədə Mərmərə dənizində gəmi batıb,  6 nəfər itkin düşdü

Tarix: 16 Fevral 2024 17:12

Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı "Batuhan A." gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.

Murat Altıntaşa məxsus "Batuhan A." gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş.

Hazırda axtarış-xilasetmə tədbirləri görülür.

Milli.Az


Etiketlər:  Türkiyədə Mərmərə dənizində gəmi batıb 6 nəfər itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ