Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 01:04
"Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, komanda doğma meydanda Paraqvay yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyanı qəbul edəcək.