Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Borussiya" ulduzunu itirdi

Tarix: 17 Fevral 2024 15:04

Dortmund "Borussiya"sının hücumçusu Sebastyan Aller ağır zədə alıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Kicker" yayıb. 

Mənbənin məlumatına görə, forvard topuğundan aldığı zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Aller 2024-cü ildə hələ "Borussiya"nın heyətində meydana çıxmayıb. O, zədəsini tam sağaltmadan Fil Dişi Sahili komandası ilə Afrika Millətlər Kubokuna yollanmışdı. Zədəsini yığmanın düşərgəsində təzələyib. Yeri gəlmişkən, "fillər" qitə futbol turnirinin qalibi olub, Aller yarımfinal və final matçlarının hər birində bir qol vurub.

"Borussiya" hazırda Almaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda növbəti oyununu bu gün - fevralın 17-də rəqib meydanında "Volfsburq"a qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Borussiya ulduzunu itirdi


RƏYLƏR