Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-də Mbappeni kim əvəzləyəcək? - NAMİZƏDLƏR

PSJ-də Mbappeni kim əvəzləyəcək? - NAMİZƏDLƏR

Tarix: 18 Fevral 2024 07:24

PSJ klubu cari mövsümün sonunda komandadan ayrılması gözlənilən Kilian Mbappenin əvəzedicisi üçün axtarışlara başlayıb.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin namizəd siyahısında bir çox ulduz yer alıb.

Oyunçular arasında "İnter"dən Lautaro Martines, "Milan"dan Rafael Leao və "Napoli"dən Viktor Osimhen var. Bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in hücumçusu Markus Reşford da potensial əvəzedicilər listindədir.

Bundan əlavə, klub Mbappenin gedişindən sonra komandada yaranacaq boşluğu Bruno Quimayres və Bernardo Silva ilə doldurmaq istəyir.


Etiketlər:  Mbappeni əvəzləyəcək NAMİZƏDLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ