Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənər”i lider edən qələbə

“Fənər”i lider edən qələbə

Tarix: 18 Fevral 2024 09:44

Türkiyə Superliqasında 26-cı turun 3 oyunu keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu matçlarda qapılara 10 top vurulub.

"Fənərbaxça" səfərdə "Rizəspor"a qalib gəlib. İlk qolu meydan sahibləri vursalar da, "sarı lacivərdlilər" geridönüş edə biliblər. Bu qələbədən sonra "Fənər" lider olub. Onlar ehtiyatda 1 oyunu olan "Qalatasaray"ı 1 xal qabaqlayır. Komandanın hesabında 67 xal var.

"Antalyaspor" öz meydanında autsayderi məğlub edə bilməyib. 2:0 hesabı ilə önə keçən antalyalılar sonda 1 xala razı olublar.

Türkiyə Superliqası
26-cı tur

"Antalyaspor" - "İstanbulspor" - 2:2
"Hatayspor" - "Sivasspor" - 1:1
"Rizəspor" - "Fənərbaxça" - 1:3

Milli.Az


Etiketlər:  Fənəri lider edən qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ