Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol bu sözlə məni məyus etdi, Münhen görüşü isə…

Nikol bu sözlə məni məyus etdi, Münhen görüşü isə…

Tarix: 18 Fevral 2024 11:14

Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Münhendə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılığa gəlməsini çox müsbət hal hesab edirəm.

Sonxeber.net bildirir ki, bu sözləri beynəlxalq ekspert, Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilən ikitərəfli görüşünün yekunlarını Azərtac-a şərh edərkən deyib.

Ekspert bildirib ki, növbəti görüşün Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini ehtimal edib.

Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən şərti sərhəddə baş vermiş son insidentlə bağlı Metyu Brayza vurğulayıb ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlərin növbəti təxribatıdır:

"Baş nazir Nikol Paşinyan Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlaşdığını deyəndə məni məyus etdi, çünki bu, doğru deyil. Beləliklə, indi həqiqətən doğru zamandır və hesab edirəm ki, Şarl Mişel iki lideri bir araya gətirəcək və Paşinyan həqiqətən də görüşdə iştirak etsə, çox müsbət olacaq. Çünki bu, vəziyyətin deeskalasiyasına kömək edəcək".


Etiketlər:  Nikol sözlə məni məyus etdi Münhen görüşü isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ