Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 14:30
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Avropa çempionatında uğursuz çıxışı ilə bağlı paylaşım edib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 3 qat Avropa çempionu zədənin ona mane olduğunu bildirib.
Rafiq paylaşımında komandanın son məşqində zədə aldığını deyib: "Təəssüf ki, Avropa çempionatında çıxışım uğurlu alınmadı. İdmanın maraqlı tərəfi də budur ki, həmişə qalib olmursan. Məhz qələbənin də ləzzəti bundadır. Təbii ki, hər məğlubiyyətin bir səbəbi vardır. Məlum olduğu kimi son məşqdə aldığım zədə məni 4-cü Avropa qızılından məhrum etdi. Üzərimdə zəhməti olan, yığma komandanın bütün məşqçilərinə, tibb personalına, mənə azarkeşlik edən hər birinə öz təşəkkürümü bildirmək istəyirəm".
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmanın üzvü qitə çempionatında keçirdiyi hər 2 görüşdə uduzaraq, mübarizəni erkən dayandırıb.