Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 14:38
Türkiyənin 2-ci liqasında yer alan "Serik Bələdiyyəspor"da forma geyinən 29 yaşlı futbolçu Mömin Talib Pazarlı vəfat edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə klubdan məlumat verilib.
Futbolçunun qan xərçəngindən vəfat etdiyi bildirilib.
Klubdan bildirilib ki, futbolçuya bir müddət öncə qan xərçəngi diaqnozu qoyulmuşdu.
1 ay əvvəl "Ankara Dəmirspor" klubundan transfer olan futbolçu sonuncu dəfə yanvarın 31-də "Mərsin İdmanyurdu"na qarşı keçirilən oyunda iştirak etmişdi.