Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hesabında pul olmayan qadın bankı yandırdı

Hesabında pul olmayan qadın bankı yandırdı

Tarix: 18 Fevral 2024 20:46

Fransız qadın hesabında kifayət qədər pul olmadığını anladıqdan sonra Nanter şəhərindəki Societe Generale bank filialını yandırıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, fransalı qadın öz hesabından nağd pul çıxarmağa çalışsa da, bank işçisi ona lazım olan məbləği verə bilməyib və imtina etmək məcburiyyətində qalıb.

Daha sonra qadın "Molotov kokteyli" çıxararaq onu yandırıb və otağın içərisinə atıb.

Yanğın bütün binaya yayıldıqda, ziyarətçilər çaxnaşma içində bankdan qaçıblar, lakin cinayətkar polisdən gizlənməyə belə cəhd etməyib - o, yanan binanın qarşısında poza verməyə başlayıb.


Etiketlər:  Hesabında olmayan qadın bankı yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ