Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 00:28
Futbol üzrə Türkiyə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, çempionluğa iddialı "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub.
Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar.
Bu qələbə ilə xallarını 69-a çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla "Fənərbağça" qərarlaşıb.
Günün digər oyunlarında "Alanyaspor" "Adana Dəmirspor"la 3:3, "Qaziantep" "Samsunspor"la 1:1 hesablı heç-heçə edib, "Trabzonspor" isə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib.