Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 12:38
Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.
"Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixo-sosial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır", - məlumatda deyilir.
Qeyd olunur ki, özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib:
"Bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək".