Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappenin “Real”la müqaviləsinin DETALLARI

Mbappenin “Real”la müqaviləsinin DETALLARI

Tarix: 19 Fevral 2024 15:02

Kilian Mbappe "Real Madrid"lə beş illik müqavilə imzalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, futbolçu 2024-cü ilin yayında azad agent kimi İspaniya klubuna keçəcək.

Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır. Bu mövsüm forvard Fransa çempionatının 20 matçında iştirak edib, bu oyunda 21 qol (beşi penaltidən) vurub və dörd məhsuldar ötürmə edib. PSJ 50 xalla turnir cədvəlində birinci yerdədir.

Oktyabrın sonunda Mbappe İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holanda və ABŞ-nin "İnter Mayami" klubundan Lionel Messiyə uduzaraq, "Qızıl top" üçün səsvermədə üçüncü olub.

"Transfermarkt" portalının məlumatına görə, Mbappenin transfer dəyəri 180 milyon avrodur.

Milli.Az


Etiketlər:  Mbappenin Realla müqaviləsinin DETALLARI


RƏYLƏR